|
Elgiz Əkbərin yeni iş yeri

Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş aparıcısı Elgiz Əkbərin yeni iş yeri bəlli olub.

Cia.az-ın Ölkə.Az-a istinadən məlumatına görə, aparıcı bundan sonra ARB telekanalında fəaliyyətini davam etdirəcək.

Bildirilir ki, aparıcı bu kanalda gündəlik efirə gedəcək "Elin gözü" adlı sosial layihənin aparıcısı olacaq.

ARB-nin Strateji İnkişaf direktoru İsmayıl Həsənov məlumatı təsdiqləyib.