Rusiyanın baş naziri Dmitri Medvedyev qripə yoluxduğu üçün bu günə nəzərdə tutulmuş bütün görüşlərini və tədbirlərini, o cümlədən Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyanla görüşünü təxirə salıb.
Bu barədə Rusiya mənbələri xəbər verir. Virtualaz.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin hələ fevral ayında hökumət üzvlərinə tapşırıq verib: qrip olan işə çıxmasın. “Hökumət qriplə bacara bilmir, ona görə də itkilər verir”-Putin fevralda deyib.
Xatırladaq ki, Medvedyevin qripə yoluxduğunu Putin özü az əvvəl hökumət üzvləri ilə müşavirədə açıqlayıb. “Dmitri Anatolyeviçi qoruya bilmədilər”-o deyib.
