Şotokan və Vaderu növləri üzrə ikiqat Avropa çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi Renad Əliyevin məhkəməsi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 28-nə təyin edilib.
Qeyd edək ki, Renad Əliyev keçən il oktyabr 18-də həbs olunub. I Avropa Oyunlarında karate üzrə yarışları idarə etmiş hakimlərdən biri Renad Əliyevə satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı irəli sürülüb
