|
Polad Bülbüloğlu yüksək vəzifəyə namizəd oldu

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə namizədlərdən biri olub.

Cia.az-ın Trend-ə istinadən məlumatına görə, P.Bülbüloğlunun namizədliyi baxılması üçün rəsmən Azərbaycan tərəfindən UNESCO-nun İcraiyyə Komitəsinə təqdim edilib.

Seçkilər hazırkı baş direktor İrina Bokovanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçiriləcək.