|
SOCAR 7 tanker aldı

SOCAR ötən ay öz donanmasına 7 ədəd neft tankeri əlavə edib.

"Reuters" agentliyi xəbər verir ki, şirkət Aralıq və Xəzər dənizlərində özünün nəqliyyat potensialını genişləndirmək niyyətindədir.

SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Trading SA" şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib ki, tankerlərin əldə olunması şirkətin bazar payı uğrunda apardığı strategiyanın bir hissəsidir.

Ötən ay bağlanan razılaşmaya əsasən SOCAR 2 ədəd 120 min ton tutumu olan "Suetsmaks" və 5 ədəd 80 min tutumlu "Aframaks" sinifli tanker əldə edib.

A.Əzimov bildirib ki, SOCAR 7 gəmini Türkiyədən əldə edib. O, razılaşmanın dəyərini açıqlamayıb.