"Sevil massivi"ndə torpaq sahəsi almış və pulları bu vaxta kimi qaytarılmayan bir qrup vətəndaş bu gün Abşeron rayon İcra Hakimiyyətində olub.
Modern.az saytı xəbər verir ki, artıq bir neçə aydır vətəndaşları get-gələ salan və hər dəfə vədlər verən icra nümayəndəsinə etirazlarını bildirən vətəndaşlardan bir neçəsini ictimai asayişi pozma adı ilə saxlanılıb.
Etirazçıların saytımıza verdiyi məlumata görə, 4 nəfər Polis Şöbəsinə aparılıb. Hazırda onların Abşeron rayon Məhkəməsində olduğu bildirilir.
Onlar haqqında cərimə və yaxud sutkalıq həbs tədbiri görüləcəyi gözlənilir.
Şikayətçilərin sözlərinə görə, vətəndaşlara telefon nömrəsi verib vaxtaşırı çağırılar ki, gəlin pulunuzu aparın, sonra da deyirler gedin filan vaxt gəlin. Bu gün də o məqsədlə İcra Hakimiyyətinə gediblər.
