|
56 yaşlı qadın əmisi oğlunu bıçaqladı

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" bildirir ki, 39 yaşlı Əliyev Ayaz Nizami oğlu əmisi qızı A.Əliyeva tərəfindən bıçaqlanıb.

İlkin məlumata görə, 56 yaşlı qadın əmisi oğlunu ona qarşı xoşagəlməz ifadələr işlətdiyi üçün bıçaqlayıb. Belə ki, A.Əliyev sərxoş halda ailə həyatı qurmayan əmisi qızına qarşı xoşagəlməz ifadələr işlədib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Bu zaman qadın bıçağa əl atıb və A.Əliyevə xəsarət yetirib.

Hadisəni törətmiş şəxs saxlanılıb.