|
Tramp ABŞ-ın müdafiə xərclərini artırdı

ABŞ prezidenti Donald Tramp yeni büdcəyə əsasən Müdafiə Nazirliyinin xərclərini 54 milyard dollar artırmaq qərarına gəlib.

Cia.az-ın “Associated Press”ə istinadən xəbərinə görə, Tramp bu məbləği xarici investisiyalar olmaqla digər xərclərdən kəsərək kompensasiya edəcək.

“Yeni büdcə xalqın təhlükəsizliyi üçün formalaşdırılacaq. Biz ölkənin ümidlərini doğruldacağıq”, - Amerika lideri Pentaqonun xərclərinin artırılması ilə bağlı planlarını şərh edərkən bildirib.