|
"Xocalı aksiyası"nda kütləvi dava

Türkiyədə Kocaeli Universitetində Xocalı soyqırımının qurbanlarını anmaq istəyən tələbələrlə müxalif düşüncəli tələbələr arasında dava olub.

 “Milliyet”ə qəzeti yazır ki, bir-birinə dəyənəklə və daşla hücum edən tələbələri ayırmaq üçün əraziyə polislər cəlb olunub.

Hadisə nəticəsində 1 tələbə və 1 təhlükəsizlik əməkdaşı yaralanıb.

Polisin xəbərdarlığına baxmayaraq dalaşan 47 tələbə isə saxlanılıb.

Məlumata görə, tələbələrdən biri universitetdə PKK-çı vətən xainlərinin oxumayacaqlarına imkan yaratmayacaqlarını bildirib: “Biz vətəni sevənlərdənik. Xainləri, PKK-nın dəstəkləyənləri, bu vətənin çörəyini yeyib əsgərinə, polisinə atəş açan insanları burada oxutdurmayacağıq”.