|
"Əsgər meyitlərinin götürülməsinə şərait yaradılsın"

ATƏT-in Minsk Qrupunun həmsədrləri Igor Popov (Rusiya), Stephane Visconti (Fransa) və Richard Hoagland (ABŞ), təmas xəttində baş verən toqquşma ilə bağıl bəyanat yayıblar.

Bəyanatda qeyd edilir ki, həmsədrlər Azərbaycan və Ermənistan Müdafiə nazirliklərindən və digər mənbələrdən fevralın 25-də səhər təmas xəttində atəşkəs rejiminin ciddi surətdə pozulduğu və insan tələfatı olduğu barədə məlumat alıblar.

“Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və dünən ATƏT-in şəxsi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq cəsədlərin evakuasiyasının təmin edilməsinə çağırır” deyə bəyanatda vurğulanır.

Həmsədrlər həmçinin də tərəfləri güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə çağırır.

Fevralın 24-dən 25-ə keçən gecə cəbhə boyunca baş verən döyüşlər zamanı Azərbaycan itki verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Cia.az