|
Bu gün dollar neçəyə olacaq? - rəsmi məzənnə

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan Axar.az-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi fevralın 14-ü ilə müqayisədə ucuzlaşaraq 1,7296 manat təşkil edib.

Avro da manata nisbətən azalaraq 1,8293 manat olub.

Rusiya rublu isə fevralın 14-ü ilə müqayisədə artaraq, 0,0303 manat səviyyəsində qərarlaşıb.

1 türk lirəsi 0,4735 manat, Gürcüstan larisi 0,6545 manatdır.

cia.az