|
“Monteneqronun NATO-ya üzvlüyü üçün 4 razılıq çatmır”

Monteneqronun NATO-ya üzvlüyü haqqında protokolu yalnız 4 ölkə rəsmən təsdiq etməyib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.

“Biz ratifikasiya prosesi üzərində işləyirik. Monteneqronun Alyansa üzv olması üçün 28 ölkənin parlamenti protokolları təsdiq etməlidir. Hələlik 24 ölkənin parlamenti Monteneqronun NATO-ya üzvlüyü haqqında protokolu təsdiq edib”, – baş katib bildirib.

Qeyd edək ki, NATO ilə Monteneqro arasında üzvlük haqqında müqavilə 19 may 2016-cı ildə imzalanıb. Balkan ölkəsinin Alyansa üzv olmasını yalnız Moskva istəmir. Rusiya Monteneqronun Alyansa üzv olacağı təqdirdə buna qarşı cavab tədbirləri hazırlayacağını bildirib.

Cia.az