|
Türk Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələr terrorçuların 4 hədəfini bombaladı

Türk Silahlı Qüvvələrinə (TSK) məxsus hərbi təyyarələr terrorçuların 4 hədəfini bombalayıb.

Bu barədə TSK Baş Qərargahından məlumat verilib. Məlumata görə, alınan bir kəşfiyyat məlumatı əsasında hərəkətə keçən hərbi təyyarələr Amanos dağlarında terrorçulara aid 4 hədəfi məhv ediblər. Əməliyyatı uğurla başa vurmuş hərbi təyyarələr daha sonra hərbi bazaya qayıdıblar. 

Cia.az