|
Uber ucbatından boşandı, indi firmadan 48 milyon tələb edir

Fransanın cənubunda yaşayan bir nəfər Uber firmasını qeyri-korrekt fəaliyyətinə görə məhkəməyə verib.

Buna firma sayəsində onun öz xanımına xəyanət etməsinin üzə çıxması səbəb olub. Kişi firmadan 48 milyon dollarlıq təzminat tələb edir. Adı açıqlanmayan fransız həyat yoldaşının İPhone telefonu vasitəsilə taksi çağırıb. Öz akkauntundan çıxmasına baxmayaraq, qadına həyat yoldaşının taksi səfərləri barədə məlumatlar gəlməkdə davam edib. Son nəticədə qadın ərinin xəyanətlərindən xəbər tutub və cütlük boşanıb. “Mənim müştərim Uber firmasının qeyri-korrekt fəaliyyətinin qurbanı olub”. Bunu isə fransızın vəkili deyib. Uber təmsilçiləri baş vermiş olayı şərh etmək istəməsələr də, müştərilərin şəxsi məlumatlarının kampaniyanın prioriteti olduğunu deyib. Le Figaro qəzeti aydınlaşdırıb ki, bu sayaq hallar iPhone telefonundan istifadə edənlərdə özünü daha çox göstərir.


Uber —maşın çağırılması üzrə mobil servis xidməti göstərən beynəlxalq kampaniyadır. Onun xidmətlərindən dünyanın 70 ölkəsinin 530 şəhərində istifadə olunur.

Cia.az