|
“Yuventus”un heyətində itki
“Yuventus” itki ilə üzləşib. 
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Turin klubunun aparıcı müdafiəçisi Corcio Kyellini sıradan çıxıb. 

Təcrübəli futbolçu “A” seriyasının 24-cü turunda “Kalyari” ilə oyunda (2:0) zədələnib. 

Bu səbəbdən də Kyellini həftəsonu “A” seriyasının 25-ci turunda “Palermo”ya, eləcə də fevralın 22-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Portu”ya qarşı keçiriləcək matçlarda meydana çıxa bilməyəcək.
Cia.az