|
"Barselona"ya qarşı oynamayacaq

PSJ-nin futbolçusu Tiaqo Silva zədələnib.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, əzələsindən zədə alan braziliyalı müdafiəçi komandasının son məşqində iştirak etməyib.

Onun Çempionlar Liqasının 1/8 finalında "Barselona"ya qarşı keçiriləcək ilk oyunu buraxacağı bildirilib.

Qeyd edək ki, PSJ - "Barselona" görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Cia.az