|
Obama getsin deyə dua edirdik - Yəməndən açıqlama

Yəmənin siyasi elitası heç vaxt amerikalı əsgərləri ölkəyə dəvət etməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Yəmənin BMT-dəki daimi nümayəndəsi Xalid Yəməni deyib.

“Biz əsla amerikalıları dəvət etməyəcəyik. Onlar bunu anlayışla qarşılayır. ABŞ Prezidenti Barak Obama və Dövlət katibi Con Kerrinin siyasəti Yəməndəki sülh prosesinə ciddi zərbə oldu. Obama hakimiyyəti bitsin deyə dua edirdik”, - Yəməni qeyd edib.

Xatırladaq ki, Yəmən böhranı 2015-ci ildə başlayıb. Ölkədə vətəndaş müharibəsi İranın dəstəklədiyi şiə husi qiyamçılarla Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında gedir.

Cia.az