|
“Bizdən üzr istəsinlər” - Suriyalı nazir

Ölkəmizi məqsədli şəkildə məhv edən və indi də sülh prosesinə qoşulan ölkələrdən üzr istəmələrini tələb etmək niyyətindəyik.

Axar.az xəbər verir ki, bu sözləri Suriyanın İqtisadiyyat naziri Edib Meyale deyib.

“Əgər belə dövlətlər Suriyadakı sabitliyin bərpası üçün çalışmaq istəyirlərsə, öncə xalqımızdan üzr istəməli və daha sonra səhv etdiklərini etiraf etməlidirlər”, - nazir bildirib.

Meyale investisiyaların qoyuluşunda Rusiya, Çin və İran kimi ölkələrə üstünlük veriləcəyini açıqlayıb.