Buckingham Sarayı, İngiltərə Kraliçası II. Yelizavettanın 2.77 milyon təqibçini əhatə edən rəsmi Twitter hesabını idarə etmək üçün illik 30 min sterlinq olan məvacib ilə rəhbər axtarır.
Kraliçanın rəsmi veb səhifəsində yayınlanan iş elanında sürətli və dinamik bir heyətlə işləmək üçün bir digital ünsiyyət mütəxəssisi axtarılır. Verilən elanda qeyd olunan iş elanında aşağıdakılar qeyd olunur:
Tam ştatlı iş yeri
Kral Ailəsinin rəsmi Twitter hesabını idarə etmək
Kraliça və Kral Ailəsinin işlərini ictimaiyyətə çatdırmaq
Twitter hesabı ilə paralel Youtube və Facebook hesaplarını da idarə etmək Edilən rəsmi ziyarət və mərasimləri sənədləşdirmək
Namizədlərin universitet təhsili alması, gələcəyə yönəlik planlarının olması, veb sayt idarəçiliyi ilə bağlı təcrübəsi, yenilikçi, yaradıcı olması və ya foto-video məsələlərində təcrübəsi böyük önəm daşıyır və bu, şərtlər sırasındadır.
Cia.az
