|
Bakı-Quba yolunda 10-na yaxın maşın toqquşub

Bakı-Quba magistral yolunda ən azı 10 maşının iştirakı ilə iki zəncirvari qəza baş verib.

"Report" xəbər verir ki, "Mercedes", KİA, "VAZ-2107" və "Opel" markalı maşınların iştirakı ilə qeydə alınan qəzaların birində 4, digərində 5 maşın toqquşub.

Hadisələr nəticəsində ölən və yaralanan olmasa da, maşınlara ciddi ziyan dəyib.
Əraziyə YPX əməkdaşları cəlb olunub.

Cia.az