|
Maskalılar mağazaya hücum etdi

İstanbulda naməlum şəxslər mağazaya “Molotov kokteyli” atıb. Hadisə Kağıthane bölgəsində baş verib. Məlumata görə hadisəni törədən 5 nəfər  maskalı şəxs olub. Hadisə zamanı tüstülənmə nəticəsində 1 müştərinin halı pisləşib. Maskalılar bundan sonra yolun kənarında dayanan avtomobilin altına səs qumbarası ataraq ərazini tərk ediblər. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Türkiyə polisi cinayətkarların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Cia.az