Yeni Zelandiyada sahilə atılmış qrind delfinləri partlaya bilər.
Musavat.com BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin təbiəti mühafizə departamenti məlumat yayıb.
Məlumata görə, hazırda Yeni Zelandiya çimərliyində 700-dən artıq delfin cəsədi var.
Departamentin nümayəndəsi Endryu Lamason bildirib ki, delfinlərin daxilində gedən çürümə prosesində yaranan qazlara görə onlar partlaya bilərlər.
O da bildirilir ki, mütəxəssislər xüsusi iynələrin köməyi ilə delfin cəmdəklərində qazı çəkməyə başlayıblar. Məlumata əsasən, sonradan delfin cəsədləri çimərlikdən uzaqlaşdırılaraq, səhrada basdırılacaq.
Cia.az
