|
ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 11 şagird xəsarət alıb

ABŞ-ın Qrinsberq şəhəri yaxınlığında (Luiziana ştatı) ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, minik avtomobili ilə toqquşan məktəbli avtobusu aşıb.

Qəza nəticəsində 11 şagird xəsarət alıb. Avtobusda 40-a yaxın məktəbli olub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Qəzanın səbəbləri barədə məlumat verilmir.

Cia.az