|
"Pakistan Talibana silah vermir"

“Pakistan Taliban radikal qruplaşmasına silah vermir”.

Bu barədə Pakistanın baş nazirinin beynəlxalq işlər üzrə müşaviri Sərtac Əziz bildirib.

Qeyd edək ki, ABŞ Senatının silahlı qüvvələrə həsr olunan komitə iclasında çıxış edən ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrinin komandanı, general Con Nikolson Rusiya, Pakistan və İranın Taliban qruplaşmasını dəstəklədiyini bildirib.

O, bu halın Əfqanıstandakı stabilliyi pozduğunu vurğulayıb. Bidirilir ki, hazırda Əfqanıstanda 8.4 min ABŞ hərbçisi və daha 5 min başqa ölkələrdən olan hərbçilər var.

Cia.az