|
"Jilina" 1.5 illik müddətə icarəyə götürdüyü Ramil Şeydayev üçün "Trabzonspor"a heç bir məbləğ ödəməyib. Bu barədə Trabzon klubunun məlumatında bildirilib. Qeyd olunub ki, millimizin hücumçusu Slovakiya təmsilçisinə pulsuz keçib. "Jilina" R.Şeydayevi birdəfəlik almaq istəyəcəyi təqdirdə, "Trabzonspor"a 3 milyon avro ödəyəcək. Həmçinin razılığa görə, icarədə olduğu müddətdə və ya 2018-ci ilin yayında futbolçu başqa kluba transfer olunarsa, əldə ediləcək pulun 10 faizi “Jilina”ya çatacaq. Bundan başqa, R.Şeydayevə aylıq 10 min avro maaşı da "Trabzonspor" ödəyəcək. Cia.az
|
