|
"7 məğlubiyyətsiz oyundan sonra uduzduq. Qismət belə imiş. Bundan da çətin oyunumuz AZAL-la evdə olacaq. Bu gün danışalacaq bir şey yoxdur. Hava şəraiti oynamağa imkan vermədi. “Neftçi” qələbəyə layiq idi. Rəqibi təbrik edirəm. Çox gücləniblər. Bizim “Neftçi” eyni “Neftçi”dir". Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 18-ci turunda "Neftçi" ilə oyundan (0:1) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb. - Hava şəraiti istədiyimiz kimi oynamağa imkan vermirdi. Yoxsa ciddi nəsə olmamışdı. Sadəcə, “Neftçi”nin təzyiqinə tab gətirmədik. - Heç bir planımız yoxdur. Bilmirəm, Azərbaycanda plan nə dərəcədə doğrudur. 2-ci suala gəlincə isə bilmirəm, haranın azarkeşləri idi. Haramları olsun. Bu cür komanda yaratmışıq, ancaq belə ifadələr işlədirlər. Mən onları heç “Sumqayıt” azarkeşi də saymıram. Təhqir olmadı, sadəcə, elə sözlər dedilər ki, onu heç cür qəbul etmək olmaz. - Təxribat olduğunu düşünmürəm. Bəlkə də bizdə oynayan hansısa oyunçuların qohumlarıdır. Belədisə, böyük səhv edirlər. - Sizcə, mən heç-heçə olan zaman Raili çıxarıb Amili oyuna salaram? Artıq hər şey əldən gedəndən sonra Amili oyuna saldıq. Ehtiram Şahveriyevə də ötürmə etdi, amma vura bilmədi. Cia.az |
