Bakı Xətai Sənət Mərkəzində “Eskizimdə sizi düşündüm” adlı eskiz müsabiqəsinə start verilib.
Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Memarlıq və İnşaat Universiteti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tələbələr arasında keçirilən müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunub. Məqsəd müasir eskiz planlamanın inkişafına stimul yaratmaq, müasir Azərbaycan infrastrukturunun - yaşayış massivləri, binalar, məktəblər, istirahət mərkəzləri, xəstəxanalar, marketlər, ofislər, yollar və başqa kommunikasiya sistemlərinin daha müasir və planlı tərtibatına nail olmaqdır. Son qeydiyyat tarixi aprelin 20-dək olan müsabiqəyə başqa tədris müəssisələrinin tələbələri və həvəskarlar da qatıla bilər.
Seçilmiş əsərlər Xətai Sənət Mərkəzində və Memarlıq və İnşaat Universitetində sərgilənəcək.
Cia.az
