|
Yeni evindən tapdığı 269 min avronu polisə təhvil verdi

Avstriyanın Qraç şəhər sakini yeni evinin zirzəmisindən 269.5 min avro tapıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Kronen Zeitung” saytında yer alıb. Məlumata görə, avtriyalı dərhal bu barədə polisə xəbər verib. Bildirilir ki, 42 yaşlı kirayəşin təzə mənzilə yanvar ayının əvvəlində köçüb. O, zirzəmidə səliqə yaratmaq istəyib və bu zaman oradan 500 avroluq əskinaslar tapıb.

Daha sonra vicdanlı vətəndaş kimi bu haqda polisə xəbər verib.

Polis belə bir məlumatın olduğunu təsdiq edib.

Cia.az