Çin vətəndaşı qanuni arvadının borclarına görə, məşuqəsindən olan oğlunu satıb.
Musavat.com xəbər verir ki, bu barədə Çinin “Sina” qəzeti yazıb. Hadisə vaxtiylə tanınmış Çen familiyalı biznesmenlər ailəsində baş verib. Məlumata görə, çinlinin qanuni arvadından bir oğlu olub. Uşağın iki yaşı olanda, atasının məşuqəsindən daha bir oğlu dünyaya gəlib. Bir müddətdən sonra ailə maddi problemlər yaşamağa başlayıb və kişi mağazalarını bağlamağa başlayıb.
Bundan əlavə, çinli arvadı ilə borc almağa başlayıb. Borc verənlərin təhdidlərinə dözməyən ata, kiçik oğlunu internet vasitəsi ilə 6500 dollara sataraq, pulun 3500 dolarını qanuni arvadının borclarına verib. Qalan pulu isə özünə götürüb. Hadisədən xəbər tutan Çin polisi uşağı öz doğma anasına qaytarıb, Çeni isə həbs edib.
Cia.az
