ABŞ Milli Elmlər Akademiyası da təsdiq eləyib ki, son illər ölkədə tənəffüs yolları xəstəliklərinin artmasına səbəb insanların vanna qəbul etmək yerinə duş qəbul eləməyə üstünlük verməsidir.
Araşdırmalara görə, ABŞ-dakı duşların 1/3-ində yığılan bakteriyalar həyat üçün xüsusi təhlükə törədir. Alimlər deyir ki, sağlamlığı möhkəm olan insanlar adətən duşun bu mənfi təsirini hiss eləmir. Ancaq, hamilə və immuniteti zəif olanlarda bu növbəti saatlarda daha tez hiss edilir. Ueyk-Forest Universitetinin alimləri isə iddia ediblər ki, duş qəbul eləmək həm də beynin fəaliyyətini pozur. Çünki duş qəbul etmə proseduru zamanı insan kran suyunun tərkibində olan manqanın təsirinə məruz qalır. Manqan isə öz növbəsində insanın mərkəzi sinir sistemi və beyninə mənfi təsir edir.
Ueyk-Forest Universitetinin alimləri çıxış yolu kimi ABŞ-da kran sularının təkibindəki manqanın miqdarının azaldılmasını tövsiyə edirlər. ABŞ-da 1 litr suda 0.5 mq, Avropa Birliyində isə 10 dəfə az - 0.05 mq manqanın olmasına yol verilir.
Cia.az
