|
Goranboy sakini dəm qazından zəhərlənib

Goranboyda dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Nadirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Alidə Ələkbərova dəm qazından zəhərlənmə əlaməti ilə rayonun Mərkəzi xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, qadım qaz sobasında yaranan nasazlıq səbəbindən zəhərlənib.

Cia.az