|
Şimali Koreya raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib

Şimali Koreya raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib.

APA-nın xəbərinə görə, bu barədə “Rönhap” agentliyi xəbər verib. Ötən gün Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını sınaqdan keçirib.

Raket Phönan-Pukto əyalətindəki kosmodromdan buraxılıb. Ballistik raket 500 km uçaraq, Yapon dənizinə düşüb. Sınaqda Şimali Koreyanın rəhbəri Kim Çen In iştirak edib.

Cia.az