Misir hərbçiləri Sinay yarımadasının şimalında terror qruplaşmasının beş üzvünü məhv ediblər.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Reuters” agentliyində yer alıb. Məlumata görə, daha üç terrorçu isə yaralanıb. Bildirilir ki, terrorçular əl-Ariş şəhərinin cənubunda gedən döyüşlər zamanı öldürülüb.
Qeyd edək ki, Misir Ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplara qarşı antiterror əməliyatı aparır.
Cia.az
