Qusarın Hil və digər dağ kəndlərinin yolları buz bağlayıb.
Sputnik.az xəbər verir ki, ötən gecədən başlayaraq şimal bölgəsində müşahidə edilən şaxtalı hava şəraiti səbəbindən Qusarın Hil və digər dağ kəndlərinə gedən yollar bağlanıb.
Analoji vəziyyət Qubanın bəzi kəndlərində də müşahidə edilir. Şaxtalı hava şəraiti yolların buzdan təmizlənməsinə mane olur. Hazırda bəzi yollarda buzlaşma hələ də qalır. Kəndlərlə yanaşı, şəhər ərazisindəki avtomobil yolları da buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.
Cia.az
