Gəncə ilə Təbriz şəhərləri qardaşlaşacaq.
Bu barədə "Report"a açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.
Məlumata görə, bununla əlaqədar fevralın 7-də Gəncə şəhəri İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev Təbrizə səfər edəcək.
İkigünlük səfər zamanı E.Vəliyev İranın Şərqi Azərbaycan vilayətinin ostandarı İsmayil Cəbbarzadə və digər rəsmiləri ilə görüşəcək.
Səfər zamanı Gəncə ilə Təbriz şəhərlərinin qardaşması ilə bağlı sazişin imzalanması gözlənilir.
