“Real”ın yarımmüdafiəçisi Qaret Beyl bu gün komandasının ümumi məşqlərinə qoşulub. Bu haqda klubun saytı məlumat yayıb. Qeyd edək ki, uelsli futbolçu ötən ilin noyabrında zədə aldığı üçün yaşıl meydanlardan uzaq düşüb. Beylin martın 7-də “Napoli” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə meydana çıxacağı ehtimal edilir.