|
“ÜNS” Yaradıcılıq Səhnəsində “Sevdiyim insan” adlı konsert təqdim ediləcək

Fevralın 14-də “ÜNS” Yaradıcılıq Səhnəsində Sevgililər Gününə həsr olunmuş “Sevdiyim insan” adlı konsert təqdim ediləcək.

“ÜNS”dən AZƏRTAC-a bildirilib ki, konsertdə Azərbaycan Dövlət Simli Kvarteti, “LUMİNEUX” vokal ansamblı və solistlər Səidə Tağızadə, Nərgiz Kərimova çıxış edəcəklər.

Biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə etmək olar.

Cia.az