|
Prezident qəzaya düşüb

Prezident qəzaya düşüb. Cia.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, Cənubi Osetiya prezidenti Leonid Tibilovun kortecindən olan avtomobil Çxinval-Znaur yolunda qəzadan yayına bilməyib. Hadisə nəticəsində prezident də daxil olmaqla heç kim xəsarət almayıb.

Prezidentin mətbuat katibi Qana Yanovskaya Leonid Tibilovun səhhətinin qaydasında olduğunu açıqlayıb.

Cia.az