|
Bakıda daha bir piyada ölümü

Fevralın 10-da saat 22 radələrində Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini Elvin Bağırov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən paytaxt sakini Əfruzə Xudiyevanı vurub.

Bu haqda Cia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəstəxanaya yerləşdiriliən Ə. Xudiyeva orada ölüb.

Faktla bağlı Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Cia.az