|
Cəlilabad sakinindən külli miqdarda saxta əsginas götürülüb

Cəlilabad sakini külli miqdarda saxta əsginasla yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Orxan Cavadovdan 74 ədəd 50 manatlıq və 25 ədəd 100 manatlıq saxta əsginas götürülüb.

Cia.az