|
Xudatda 2 yaşlı uşaq televizorun altında qalıb öldü

Xudat rayonunda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən cia.az-a verilən məlumata görə, fevralın 9-da Xaçmaz rayonunun Xudat şəhərində yaşayan 2 yaşlı Ümüd Zahirlinin üzərinə televizor düşüb. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Cia.az