Suriyanın Raqqa şəhərinin Türkiyə ilə sərhəddə yerlşən Tel Ebyad rayonunda şiddətli partlayış baş verib.
Partlayış nəticəsində ölənlərin ya yaralananların olduğu bildirilir. Yerli qaynaqlardan verilən məlumata əsasən, PKK-nın Suriya qolu PYD-nin nəzarətində olan Tel Ebyadın mərkəzində, PYD-yə məxsus qərargahın qarşısında bomba ilə dolu avtomobil partlayıb.
Partlayışın səsi Türkiyənin Suriya ilə sərhədindəki Akçakale rayonunda da eşidilib. Partlayışdan sonra Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini artırıb.
Cia.az
