İzmirin turistik bölgəsi olan Çeşmədə qəribə hadisə baş verib. Belə ki, Çeşməyə istirahətə gələn 70 yaşlarındakı Ülkər və Altan Çətin cütlüyü qaldıqları otelə intihar məktubu qoyaraq qeyb olublar.
Otel rəhbərliyi yaşlı ər-arvadın gecə oteldən çıxdığını, amma geri qayıtmadığını polisə bildirəndən sonra sonuncu araşdırma aparıb. Cütlüyün otağında bir intihar məktuubu və otel işçilərinə bəxşiş olaraq yatağın üstünə qoyulmuş 1000 manat pul tapılıb. Cütlük məktubda xərçəng xəstəsi olduqlarını və nankor övladlarına görə çox acı çəkdiklərini yazıblar. Polis hər yerdə Altan cütlüyünü axtarır. İntihar edib-etmədiyi hələ dəqiqləşməyən 70 yaşlı ər-arvad 6 fevral tarixində, gecə yarısı 01.30 radələrində mədələrinin ağrıdığını deyərək, oteli tərk ediblər. Həqiqət isə otel otağını təmizləyən vaxt üzə çıxıb.
Xadimə təmizlik üçün gələndə orada iki ayrı zərf görüb. Zərflərin birində intihar məktubu, digərində isə otel işçiləri üçün bəxşiş olub.
Cia.az
