|
Pul saymaq insanın beyin qan dövranını yaxşılaşdırır
Minessota Universiteti (ABŞ) alimləri pul saymağın insanın sağlamlığına və əhvalına olan təsirini araşdırıblar. Araşdırmalar pul saymağın stresi azaltdığını, əhvalı və beyin qan dövranını yaxşılaşdırdığını təsdiqləyib. Araşdırma göstərib ki, pul saymaq stresi azaldır, əhvalı və beyin qan dövranını yaxşılaşdırır.
 
Söhbət həm kağız puldan, həm də xırda puldan gedir. Bunun sadə elmi izahı var - barmaqların kiçik motorikası (barmaqların hərəkətləri) beyinin fəaliyyətinə müsbət təsir edir, onu stimullaşdırır.
 
Lakin həkimlər xəbərdarlıq edir - pul ən çirkli "əşya"lardan biri sayılır. Araşdırmalar göstərib ki, pulların üzərində 200-ə (!) qədər müxtəlif ziyanlı mikrob ola bilər.
Cia.az