Azərbaycan və İran arasında son ildə ticarət dövriyyəsi təqribən 70 faiz artıb.Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev bu gün İranın Azərbaycandakı səfirliyində ölkənin milli bayramı – İnqilab gününə həsr olunan tədbirdə deyib.
Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib.
Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini diqqətə çatdıran nazir iki ölkə arasında son üç ildə 40-dək sənədin imzalandığını bildirib.
Şahin Mustafayev həmçinin bildirib ki, əlaqələrin inkişafında Azərbaycan-İran Dövlət Komissiyası böyük rol oynayır.
Son ildə iki ölkə arasında ticarət dövriyyəsi təqribən 70 faiz artmasını bildirən nazir müntəzəm olaraq görüşlərin, biznes forumların və sərgilərin keçirildiyini deyib.
Cia.az
