|
Vaqif Cavadovun yeni klubu rəsmiləşdi
Millimizin sabiq hücumçusu Vaqif Cavadovun yeni klubu müəyyənləşib. 
O, karyerasını AZAL-da davam etdirəcək. Klubun mətbuat xidməti məlumatı təsdiqləyib. 28 yaşlı futbolçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, “Sumqayıt”dan ayrıldıqdan sonra qış fasiləsini klub axtarmaqla keçirən Vaqif Cavadovun adı Rusiya klubları ilə hallanırdı.
Cia.az