|
Ərdoğan MKİ şefini qəbul etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeonu Prezident Sarayında qəbul edib.
 
Axar.az xəbər verir ki, görüşdə Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan da iştirak edib.
 
Görüşün detalları barədə məlumat verilməyib.
 
Qeyd edək ki, 23 yanvarda vəzifəsinin icrasına başlayan Pompeo ilk rəsmi səfərini Türkiyəyə edib.
Cia.az