|
Paytaxtda altımərtəbəli inzibati binada yanğın olub

Bakı şəhəri, Nəsimi rayonunda mansard tipli altımərtəbəli inzibati binanın zirzəmisindən mansardına qədər şaxtadan keçən elektrik kabelləri 30 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, inzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Cia.az