|
Gürcüstan: “Rusiya yeni anneksiyaya hazırlaşır”
Tiflis qondarma Cənubi Osetiyada referendum keçirilməsini kəskin şəkildə qınayır.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
 
“Rusiya işğalçı qüvvələrinin nümayəndələri Gürcüstan ərazisindəki Cənubi Osetiya ərazisini “Şimali Osetiya Respublikası – Alaniya”ya bənzər şəkildə “Alaniya dövləti” adlandırmaq istəyirlər. Bununla da onlar işğal edilmiş regionun qeyri-qanuni anneksiyası üçün əsas hazırlayırlar. 2008-ci ildə Gürcüstan ərazisinə müdaxilə zamanı Sxinvali regionunun müstəqilliyini tanıyan Rusiya indi də işğal edilmiş əraziləri anneksiya etmək istəyir. Gürcüstanın işğal edilmiş ərazilərində istənilən referendum qeyri-qanunidir. Bu, Rusiya tərəfindən növbəti aqressiya aktıdır”, – bəyanatda bildirilib.
 
Qeyd edək ki, qondarma Cənubi Osetiya bu il aprelin 9-da referendum keçirmək haqqında qərar qəbul edib. Referendumda ölkənin adının dəyişdirilərək “Alaniya” adlandırılması məsələsi ictimaiyyətin səsverməsinə çıxarılacaq.
Cia.az