|
Masallıda yük maşını 3 nəfəri vurub
Masallıda yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın cənub bürosunun məlumatına görə, insident Qızılavar kəndində qeydə alınıb. “Ford” markalı yük avtomobili 3 nəfəri vurub. Zərərçəkənlər dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Onların şəxsiyyətləri müəyyənləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
 
Masallının Qızılavar kəndində vurulan piyadalardan biri ölüb.
 
APA-nın cənub bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq Ərkivan kənd sakini, 1979-cu il təvəllüdlü Bədəlov Rüfət Həmdulla oğlu xəstəxanada keçinib.
 
Qeyd edək ki, ötən axşam Masallının Qızılavar kəndində “Ford” markalı yük avtomobili 3 nəfəri vurub. 
 
Faktla bağlı araşdırma aparılır. 
Cia.az